Slimfit
  1. AVTO VƏ MOTO

Əgər, bir neçə il avtomobildə olan soyuducu mayeni (antifriz) dəyişdirməsəz, nə baş verəcək?

Əgər, bir neçə il avtomobildə olan soyuducu mayeni (antifriz) dəyişdirməsəz, nə baş verəcək?
Sakura

3 əsas sinfə bölünür

Bəzi istehsalçılar təlimatlarında soyuducu 250.000 km-ə qədər və ya hətta heç dəyişdirilmədən asanlıqla avtomobilin bütün istismar müddətində xidmət edə biləcəyini yazırlar. Və əgər, təcrübəli sürücülər, zaman zaman soyuducunu yeniləyirlərsə, yeni başlayanlar növbəti tövsiyələrə kor koranə əməl edərək yalnız güc qurğusunun sonunu yaxınlaşdırırlar. Soyuducunun dəyişdirilməsinin nə qədər vaxt lazım olduğunu AVTO KLUB AZƏRBAYCAN izah edəcəkdir.

Soyuducunun əsas vəzifəsi – mühərrik soyutma sistemində istifadə olunan soyutma mayesinin, mühərrikin yüksək temperaturda qaynamasının qarşısını almaqdır. Tərkibində etilen qlikol (monoetilen qlikol, etanediol və s.), distillə edilmiş su, həmçinin lobrid, karboksilat, hibrid və ənənəvi əlavələr var.

Bütün soyuducu mayelər hər birinin özünün xidmət müddəti olan 3 əsas sinfə bölünür:

G11 – qeyri-üzvi qatqılar və silikatlarla etilen qlikol əsaslı mavi və ya yaşıl soyuducu – 2-3 ilə qədər davam edir.

G12 (qırmızı, etilen qlikol və karboksilat qatqıları) – 5 ilə qədər

G13 (sarı və ya narıncı, üzvi qatqılarla propilen qlikol) – 10 ilə qədər

Mühərrikdən asılı olaraq, avtomobil istehsalçıları müəyyən soyuducu sinfinin istifadəsini təyin edir və nə qədər müddətdən sonra dəyişdirilməli olduğunu göstərirlər. Maraqlıdır: digər avtomobil istehsalçıları soyuducu mayenin 250.000 km-ə qədər davam edəcəyinə zəmanət verir və bəzən istismar təlimatlarında bir qeyd də tapa bilərsiniz, deyirlər ki, avtomobilin bütün istismar müddətində heç bir yeniləmə tələb olunmur. Ancaq bu tövsiyələrə, daha əvvəl də qeyd edildiyi kimi, əməl edilməməlidir.

Avtomobil istehsalçıları, bir qayda olaraq, iş vaxtını, sürücülük tərzini və hətta vasitənin işləyə biləcəyi iqlim şərtlərini nəzərə almırlar. Və bütün bunlar, əlbəttə ki, soyuducunun ömrünə təsir edir. Bu orta, ümumi qəbul edilmiş aralıqlar, 50 000 – 60 000 km-ə bərabər yürüş və ya 3 il müddət mövcuddur. Əgər, avtomobil çətin şərtlərdə işləmirsə, soyuducunu tez-tez dəyişdirmək mənasızdır.

Xüsusiyyətlərini itirmiş "antifriz" soyutma sisteminin qovşaqlarına və ya hətta mühərrikə zərər verə bilər. Çox vaxt pompa xarab olur: köhnə "antifriz" yaxşı yağlamır və sıxılır. Amma əksər mühərriklərdə pompa qazpaylayıcı mexanizmin kəməri vasitəsilə idarə olunduğundan, qopa bilər və bu da silindr bloku başlığının və ya bütövlükdə mühərrikin təmirinə səbəb olacaqdır.

Bundan əlavə, yeniləməyə ehtiyac olan "antifriz", soyutma sistemi kanallarının divarlarındakı aşındırıcı çöküntülərlə tam mübarizə apara bilmir. Ən dar yerlərdə (həmin kanal və borular) metal "yemə"si və tıxanması prosesi başlayır. Birinci halda, silindr bloku başlığı əziyyət çəkir, ikincidə - mühərrikin qızması riski artır.

Soyutma mayesinin dəyişdirilmə vaxtının çatmasını, necə anlamaq olar?

Məsul mexaniklər, planlaşdırılan hər bir təmir zamanı soyuducunun səviyyəsini və vəziyyətini yoxlayaraq sahibini mayenin yenilənməsi zərurəti barədə xəbərdar edir.

Qalan hər kəs "antifriz"in vəziyyətini təkbaşına yoxlaya bilər. Əgər, genişləndirici qabdakı maye bulanıbsa, rəngini dəyişibsə, mühərrik boş işləyəndə köpüklənməyə başlayıbsa, pambiqlayıb və ya pasla zənginləşibsə, demək yeni soyutma mayesinin alınması vaxtı gəlib.

Və ən əsası (yenə də yeni başlayanlar üçün) - heç bir halda avtomobil soyuyana qədər genişləndirmə qabının qapağını açmayın. Yavaş-yavaş, tələsmədən açın. Əks təqdirdə, qaynar "antifriz"in bir hissəsini, eyni zamanda - əllərdə, gözlərdə və bədənin digər hissələrində ciddi yanıqlar almaq riski var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR