Slimfit
  1. CƏMİYYƏT

Əfv sərəncamının icrası çərçivəsində daha 17 məhbus azad edildi

Əfv sərəncamının icrası çərçivəsində daha 17 məhbus azad edildi
Sakura

Əfv sərəncamının icrası çərçivəsində daha 17 məhbus azad edildi

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin daha dörd cəzaçəkmə müəssisəsində də icra olunub.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, müvafiq sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində təmin edilib. Həmin müəssisədən əfv olunmuş altı nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa çıxıb. Bir nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.

Paralel olaraq əfv sərəncamı 11 saylı cəzaçəkmə müəssisəsindəki məhkumlardan 15 nəfərə də şamil olunub. Onlardan 11 nəfər azadlığa buraxılıb, dörd məhkumun cəzasının çəkilməmiş hissəsi isə yarıya endirilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR