Dərc edildi: Baxış sayı: 411
Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edildi
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin dörd saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,qadın məhbusların cəza çəkdiyi bu müəssisədə sərəncam ümumilikdə dörd nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.
Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət