Dərc edildi: Baxış sayı: 858
Əfsanəvi astronom vəfat edib
Dünya astronomiyasına ağır itki üz verib. Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, Praqada, iki metrlik aynalı ən böyük teleskopun yaradıcısı Lyuboş Perek evində dünyasını dəyişib.
Alim, ulduz dinamikası və planetar dumanlıqlar sahəsindəki araşdırmaları ilə məşhurlaşıb. Qalaktikada ulduzların və qazın kütləvi paylanması üçün modellər hazırlayıb. Kosmik tullantılar problemi də onu eyni dərəcədə narahat edirdi.
Lyuboş Perek Azərbaycanın dostu idi və fəxri qonaq kimi ölkəmizin Çex Respublikasındakı Səfirliyi tərəfindən keçirilən tədbirlərdə iştirak edirdi.
Alim bu il 102 yaşını qeyd etdi. Asteroidlərdən biri onun adını daşıyır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət