Slimfit
  1. İQTİSADİYYAT

Əfqanıstanın baş auditoru Hesablama Palatasında olub

Əfqanıstanın baş auditoru Hesablama Palatasında olub
Sakura

Əfqanıstanın baş auditoru Hesablama Palatasında olub

 Əfqanıstan Ali Audit Ofisinin rəhbəri, ölkənin baş auditoru Muhəmməd Şərif Şərifinin rəhbərlik etdiyi nümayəndə heyəti Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovla görüşüb.

"Report" bu barədə Palataya istinadən xəbər verir. 

Məlumata görə, qonarlara Bakıya oktyabrın 9-10-da Hesablama Palatasının ev sahibliyi ilə keçirilən ECOSAI-ın İdarə Heyətinin 23-cü və Təlim Komitəsinin 18-ci toplantısında iştirak etmək üçün gəlib. 

M.Ş.Şərifi iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Görüş zamanı, ECOSAI-ın üzv Ali Audit Qurumları üçün həyata keçirdiyi tədbirlərin əhəmiyyəti vurğulanıb və tədbirin təşkilatın özü və üzv dövlətlər üçün olan əhəmiyyəti diqqətə çatdırılıb.

Bundan başqa hər iki ölkənin kənar dövlət maliyyə nəzarəti orqanı olaraq qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində birgə əməkdaşlığının perspektivləri müzakirə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR