Dərc edildi: Baxış sayı: 544
Əfqanıstandakı FETÖ məktəbləri Türkiyə hökumətinin balansına keçib
Fətullahçı Terror Təşkilatının (FETÖ) Əfqanıstandakı daha 5 məktəbi Türkiyə Milli Təhsil Nazirliyinin balansına verilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bununla da Əfqanıstandakı bütün FETÖ məktəblərinin təhvil-təslim işləri başa çatıb.
Qeyd edək ki, hazırda xarici ölkələrdəki bu məktəblərin fəaliyyəti Türkiyənin Maarif Vəqfi tərəfindən tənzimlənir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət