Slimfit
  1. SİYASƏT

ƏƏSMN-da və DOST Agentliyində övladlığagötürmə üzrə struktur bölmələri yaradılıb

ƏƏSMN-da və DOST Agentliyində övladlığagötürmə üzrə struktur bölmələri yaradılıb
Sakura

ƏƏSMN-da və DOST Agentliyində övladlığagötürmə üzrə struktur bölmələri yaradılıb

"Bir sıra beynəlxalq məsləhətçi təşkilatlar, ekspertlər, QHT-lərlə məsləhətləşmələr şəraitində övladlığagötürmə sahəsində normativ-hüququ aktların layihələri, o cümlədən “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın layihəsi hazırlanıb. Həmin Qayda dövlət başçısının 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilib".

APA-nın məlumatına görə, bunu “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təqdimatı və mətbuat konfransında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi də hazırlanıb, nazirliyin Aparatında və DOST Agentliyində övladlığagötürmə üzrə idarəçiliyi təmin edəcək struktur bölmələri yaradılıb: "Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu, onun övladlığa götürüldüyü ailədə inkişafı üçün şəraitin olması, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi yeni övladlığagötürmə modelinin başlıca prinsiplərindən biridir. Bununla bağlı Qaydada valideyn-namizədlə, onun ailə tərkibi, gəlirləri və s. ilə bağlı konkret tələblər, şərtlər qeyd edilib. Həmçinin, övladlığa götürüləcək uşağın valideyn-namizədlə uyğunlaşdırılması, uşağın yerləşdirildiyi müəssisədə iki ay ərzində ayda 40 saatdan az olmamaqla görüşlərinin təşkili, həmin uşağın valideyn-namizədin evində sınaq məqsədilə müvəqqəti yerləşdirilməsi nəzərdə tutulub".

Nazir müavini qeyd edib ki, uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onun ailədəki vəziyyəti, inkişaf səviyyəsi monitorinqlər vasitəsilə öyrəniləcək: "Valideyn-namizədlərlə bağlı minimum yaş tələbi (subay – 30 yaş, evli – 25), valideyn-namizədlərin daha mükəmməl qiymətləndirilməsi üçün mərhələlər (uçot, müsahibə, ev şəratinin yoxlanılması, təlim, uyğunlaşdırma, müəssisədə görüş, sınaq müddəti və məhkəmə), övladlığagötürməyə imkan verməyən hallar, övladlığagötürmə üçün ailənin gəlirləri ilə bağlı konkret tələblər və s. müəyyən olunub".

Nazir müavini eyni zamanda, övladlığagötürmə sahəsində idarəetmənin e-texnologiyalar üzərində aparılacağını deyib: "Bu gün təqdim edilən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi bu sahədə əsas rol oynayacaq. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və valideyn-namizədlərin vahid e-uçotu bu altsistem vasitəsilə aparılacaq. Ümumilikdə övladlığagötürmə prosesinin bütün mərhələləri üzrə məlumatlar altsistemə daxil ediləcək və altsistem övladlığagötürmə üzrə xidmətlərin e-qaydada təqdim olunmasına imkan verir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR