Dərc edildi: Baxış sayı: 696
ƏDV bəyannamələrini vergi orqanları dolduracaq
Vergilər Nazirliyi "Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" qaydalarını və bununla bağlı bildiriş formasını təsdiq edib.
Nazirliyin Media və kommunikasiya mərkəzindən Azvision.az -a bildirilib ki, qaydalar Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatı tətbiq etməklə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti ilə bağlı məsələləri tənzimləyir.
"ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması" xidməti dedikdə, həmin bəyannamələrin Vergilər Nazirliyinin uçot-baza məlumatları əsasında vergi orqanları tərəfindən hazırlanması nəzərdə tutulur. Bu xidmətdən yalnız Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan, nəzarət-kassa aparatından istifadə edən kiçik sahibkarlıq subyektləri faydalana biləcəklər. Kiçik sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları"na əsasən müəyyən ediləcək.
ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti yalnız vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayan, eləcə də bəyannamə və hesabatları elektron formada təqdim edən vergiödəyiciləri üçün nəzərdə tutulub. Yeni qaydalar sahibkarların ƏDV bəyannamələrinin tərtibi ilə bağlı maliyyə sanksiyalarına məruz qalma risklərini, bəyannamənin tərtibatına sərf edilən vaxtlarını və inzibati xərclərini minimallaşdırmaq məqsədi daşıyır. ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması zamanı bir sıra informasiya sistemlərindən, o cümlədən dövlət reyestri, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı, elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük bəyannaməsi, notarius, ƏDV depozit hesabı və əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatlarından istifadə olunacaq.
Qaydalara əsasən, vergiödəyicisi bu xidmətdən istifadə üçün ərizə ilə müraciət etdikdə, vergi orqanı 5 iş günü ərzində ona ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidmətinə qoşulması barədə bildiriş göndərməlidir. Yeni xidmətdən istifadə hüququ əldə edən vergiödəyicisinin ƏDV bəyannaməsi hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində müvafiq vergi orqanı tərəfindən elektron formada hazırlanaraq vergiödəyicisinə təqdim olunacaq. Zərurət yarandığı təqdirdə, vergiödəyicisi göndərilmiş bəyannamədə müvafiq dəqiqləşdirmələr apara bilər. Ancaq bunu ƏDV bəyannaməsinin təqdim olunması müddəti başa çatanadək etməli və bəyannaməni təsdiqləməlidir. ƏDV bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək vergiödəyicisi tərəfindən təsdiqlənmədiyi təqdirdə, bəyannamə artıq təsdiqlənmiş hesab olunur və bu barədə ona müvafiq bildiriş göndərilir.
Vergi orqanı tərəfindən ƏDV bəyannaməsi əvvəlcədən hazırlanaraq vergiödəyicisinə göndərildikdə vergiödəyicisi tərəfindən ƏDV bəyannaməsində göstərilən məlumatların Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla dəqiqləşdirilməsi hüququ vardır. Bununla yanaşı, vergiödəyicisi ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması xidmətindən imtina edə bilər.
Vergilər nazirinin 2019-cu il 30 yanvar tarixli əmrinə əsasən, vergi bəyannamələrinin əvvəlcədən doldurulması sisteminin tətbiqi ilə bağlı mövcud məlumat imkanlarının araşdırılması, ƏDV qeydiyyatına düşmə ehtimalı olan vergiödəyicilərinin müəyyənləşdirilməsi mexanizmlərinin hazırlanması və onların məlumatlandırılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Qaydaların təsdiq edilməsindən sonra bu işlər sürətləndirilib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət