Slimfit
  1. CƏMİYYƏT

Ədliyyə Nazirliyinin ləğv etdiyi partiyaların sayı 13-ə çatıb

Ədliyyə Nazirliyinin ləğv etdiyi partiyaların sayı 13-ə çatıb
Sakura

Ədliyyə Nazirliyinin ləğv etdiyi partiyaların sayı 13-ə çatıb

Vahid Azərbaycan Milli Birlik Partiyası və “Qorqud” Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib.

Ens.Az xəbər verir ki,bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Partiyaların ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.

Bununla da avqust ayında ləğv olunan partiyaların sayı 13-ə çatıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Milli Vəhdət Partiyası, “Yeni Yol” Partiyası, Müstəqil Xalq Partiyası və Azərbaycan Milli Demokrat Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və bunlara dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim ediblər. Həmin partiyaların ləğvi barədə qeyd müvafiq tarixlərdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR