Dərc edildi: Baxış sayı: 611
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
APA xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Vaqif oğlu Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Əziz oğlu Qasımova isə ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət