Slimfit
  1. AZƏRBAYCAN

Ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib

Ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib
Sakura

Ədliyyə işçiləri ağacəkmə aksiyası keçirib

Bu gün Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilib.

Trend-in məlumatına görə, tədbirlər çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Binə qəsəbəsində yerləşən cəzaçəkmə müəssisələrinin ətraf ərazilərində genişmiqyaslı abadlıq işləri təşkil edilib.

 

Ədliyyə Nazirliyinin rəhbərliyinin, ədliyyə işçiləri, həmçinin Penitensiar xidmətin məsul əməkdaşlarının iştirakı ilə keçirilən kütləvi iməcilik çərçivəsində tabe qurumların həyatyanı sahələri təmizlənib, abadlaşma aparılıb və 6 hektar ərazidə 3 mindən çox müxtəlif növ ağaclar əkilib.

Ağacəkmə aksiyası paytaxt Bakı ilə yanaşı regionlarda da təşkil olunub.
Aksiya çərçivəsində regonlardakı ədliyyə qurumlarında, Binəqədi, Zaqatala və Şəki rayon məhkəmələrinin inzibati binalarının qarşısında minlərlə ağac əkilib, ərazilər abadlaşdırılıb.

Mənbə: Trend.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR