Slimfit
  1. İDMAN

Eden Azar: uşaqlıqda ən böyük arzum “Real”ın heyətində çıxış etmək idi

Eden Azar: uşaqlıqda ən böyük arzum “Real”ın heyətində çıxış etmək idi
Sakura

Eden Azar: uşaqlıqda ən böyük arzum “Real”ın heyətində çıxış etmək idi

Cümə günü Londonun “Çelsi” komandasından Madridin “Real” klubuna keçmiş belçikalı yarımmüdafiəçi Eden Azar bildirib ki, İspaniya komandasının heyətində çıxış etməyi hələ uşaqlıq dövründən arzu edirdi.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, futbolçu bu sözləri özünün feysbuk səhifəsində yazıb.

Yarımmüdafiəçinin yeni klubla müqaviləsi 5 il müddətinə nəzərdə tutulub. Azarın təqdimat mərasimi iyunun 13-də “Sanytaqo Bernabeu” stadionunda keçiriləcək.

Azar yazıb: “Mənim dostlarım, ailəm, indi bilirsiniz ki, mən “Real”a keçirəm. “Çelsi”ni tərk etmək barədə qərarım mənim karyeramda ən mürəkkəb və ən mühüm qərar olub. Axı bu klubda keçirdiyim hər an mənə zövq verib, bu komandadan getmək barədə heç vaxt fikirləşmirdim. “Real”ın heyətində çıxış etmək lap uşaqlıq dövründən, həyatımda ilk qolu vurduğum vaxtdan mənim arzum olub. İndi karyeramda növbəti fəsil açmağın vaxtı yetişib. Düşünürəm ki, özünün ən böyük arzusunu həyata keçirmək şansı yarananda bizlərdən hər birimiz belə hərəkət edərdi”.

Futbolçu “Çelsi”nin sahibi Roman Abramoviçə və bu komandanın azarkeşlərinə təşəkkürünü bildirib.

Belçikalı idmançı yazıb: “Birdən-birə iki arzum: “Çelsi”nin oyunçusu və “Real”ın oyunçusu olmaq arzularım həyata keçdiyinə görə cənab Abramoviçə və klubun rəhbərliyinə təşəkkürümü bildirməliyəm. Bu komandanın fanatlarına təşəkkür edirəm, onlar mənim qəlbimdə həmişə xüsusi yer tutacaqlar. Ümidvaram ki, Çempionlar Liqasının matçlarında bu stadionda hələ dəfələrlə oynayacağam. Biz “Çelsi” ilə birlikdə çox mükafatlar qazanmışıq, onların hər biri əhəmiyyətlidir, Bakıda qazandığımız qələbə isə bizim üçün gərgin keçmiş bu mövsümə ideal şəkildə yekun vurdu”.

“Çelsi”yə 2012-ci ildə Fransanın “Lill” komandasından keçmiş Azar London klubunun heyətində iki dəfə (2012/13 və 2018/19) Avropa Liqasının qalibi, Liqa Kubokunun sahibi (2014/15), iki dəfə İngiltərə çempionu (2014/15, 2016/17) və İngiltərə Kubokunun sahibi (2017/18) olub. Bu komandada 352 matç keçirmiş Azar 110 qol vurub və qol ilə nəticələnmiş 92 ötürmə edib. Klubun azarkeşləri onu üç dəfə mövsümün yekunlarına görə komandanın ən yaxşı futbolçusu hesab ediblər. 2015-ci ildə bu yarımmüdafiəçi İngiltərə Premyer-Liqasının ən yaxşı oyunçusu olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR