Əcnəbilər Azərbaycanda müvəqqəti yaşamaq üçün nə qədər pul ödəməliidr?
Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinin dövlət rüsumu ilə bağlıdır.
Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
3 ayadək 30 manat
6 ayadək 60 manat
1 ilədək 120 manat
1 il 6 ayadək 180 manat
2 ilədək 240 manat
2 il 6 ayadək 300 manat
3 ilədək 360 manat – məbləğində dövlət rüsumu tələb olunur.
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə
3 ayadək 15 manat
6 ayadək 30 manat
1 ilədək 60 manat
1 il 6 ayadək 90 manat
2 ilədək 120 manat
2 il 6 ayadək 150 manat
3 ilədək 180 manat – məbləğində dövlət rüsumu tələb olunur.
Hazırladı: Miri Məcidli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət