Slimfit
  1. AZƏRBAYCAN

Əcnəbilər Azərbaycanda daimi yaşamaq hüququnu bu yollarla ala bilər

Əcnəbilər Azərbaycanda daimi yaşamaq hüququnu bu yollarla ala bilər
Sakura

Əcnəbilər Azərbaycanda daimi yaşamaq hüququnu bu yollarla ala bilər

Son illər ölkəmizə gələn turistlərin çoxalması , əcnəbilər arasında Azərbaycana qarşı marağın yaranmasına səbəb olur. Bu da öz növbəsində bəzi əcnəbilərin Azərbaycanda qalaraq, yaşamaq, iş qurmaq istəyi ilə nəticələnir. Bunun üçün Dövlət Miqrasiya Xidmətindən mütləq şəkildə icazə almaq lazımdır. Azərbaycanda əcnəbilərə daimi yaşamaq üçün icazə hansı hallarda verilir? Femida.az müvafiq qanunvericiliklə bağlı müddəaları təqdim edir:

- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
- ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda;
- Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda;
- iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda - Bu əsaslarla azı 2 il Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər.

Azərbaycanda daimi yaşamaq hüququ əldə etmək istəyən əcnəbilər ətraflı məlumat üçün Dövlət Miqarasiya Xidmətinə müraciət edə bilərlər. Qeyd edək ki, DMX-in çağrı mərkəzi 919-dur. Bundan başqa (+994 12) 565 61 18; (+994 12) 565 61 19; (+994 12) 565 61 20; (+994 12) 565 61 21; (+994 12) 565 61 22 nömrəli telefonlar vasitəsi ilə DMX-ə müvafiq müraciət etmək mümkündür. Vətəndaşlar xidmətə elektron müraciət etmək üçün info@migration.gov.az ünvanına məktub yaza bilərlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR