Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Əcnəbilər Azərbaycana daha çox təyyarə, azərbaycanlılar isə xaricə avtomobillə səfər edirlər

Əcnəbilər Azərbaycana daha çox təyyarə, azərbaycanlılar isə xaricə avtomobillə səfər edirlər
Sakura

Əcnəbilər Azərbaycana daha çox təyyarə, azərbaycanlılar isə xaricə avtomobillə səfər edirlər

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin çoxu ölkəmizə hava nəqliyyatı ilə gəlir, xaricə gedən Azərbaycan vətəndaşlarının əksəriyyəti isə səfərlərini avtomobillə edirlər.

Trend-in məlumatına görə, 2018-ci ildə ölkəmizə 2 milyon 849 min 600 nəfər səfər edib ki, onların çoxu - 1 milyon 183 min 800 nəfəri Azərbaycana gəlmək üçün hava nəqliyyatından istifadə edib. Ölkəmizə gələnlərin ən çox istifadə etdikləri ikinci nəqliyyat növü avtomobil olub.

Azərbaycana avtomobillə səhayət edənlərin sayı hava nəqliyyatından istifadə edənlərin sayından kiçik rəqəmlə fərqlənib.

Keçən il 1 milyon 130 min 800 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana avtomobillə səfər edib. Ümumilikdə son 6 ilin göstəricilərinə nəzər saldıqda xaricilərin ölkəmizə daha çox hava nəqliyyatı, daha sonra avtomobillə gəldiyi məlum olur. Siyahıda sonrakı yerləri isə dəmiryolu nəqliyyatı, su nəqliyyatı tutur.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarına gəldikdə, son 6 ilin statistikasına görə, ölkəmizə gələn əcnəbilərdən fərqli olaraq, azərbaycanlılar səfərlərini daha çox avtomobillə edirlər. Xaricə səyahətlərini avtomobillə edən Azərbaycan vətəndaşlarının sayı hava nəqliyyatı ilə səyahət edənlərin sayından hiss ediləcək dərəcədə fərqlənir.

 

2013-cü ildə xaricə gedən 4 milyon 284 min 700 nəfər Azərbaycan vətəndaşının 2 milyon 518 min nəfəri avtomobillə, 861 min 200 nəfəri hava nəqliyyatı ilə səfər edib.

2017-ci ildə xaricə gedən 4 milyon 108 min 900 nəfərin 2 milyon 616 min nəfəri avtomobillə, 825 min 900 nəfəri hava nəqliyyatı ilə, xarici ölkəyə gedib.

2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4 milyon 908 min 100 nəfər olub ki, onun da 3 milyon 155 min 500 nəfəri səfərlərini avtomobillə edib. Ötən il xaricə getmək üçün hava nəqliyyatından istifadə edən Azərbaycan vətəndaşlarının sayı isə 875 min 900 nəfər olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR