Dərc edildi: Baxış sayı: 368
ECB rəhbəri: “Qırmızı dənizdəki vəziyyət Aİ-də inflyasiyanın sürətlənməsi riskini artırır”
Qırmızı dəniz vasitəsilə gəmi tranzitinin məcburi dayandırılması səbəbindən tədarük zəncirinin pozulması Avropada inflyasiyanın sürətlənməsi riskini artırır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard bildirib.
O, ECB-nin inflyasiya ilə mübarizə səylərinə mane ola biləcək digər əsas amillərdən biri kimi enerji resurslarının qiymətlərini qeyd edib.
Xatırladaq ki, COVID-19 pandemiyasının yayıldığı dövrdə tədarük zəncirinin pozulması Avropada inflyasiyanın sürətlənməsinə səbəb olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət