Slimfit
  1. ƏDƏBİYYAT

Əbülqasim Nəbati - Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva

Əbülqasim Nəbati - Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva
Sakura

Əbülqasim Nəbati - Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva

Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva
Ki, görüm onda nagəh bir əcayib surəti-ziba.

Miisəlsəl zülf çiynində, mürəssə tövq boynunda,
Firəngi ətləs əynində, başında məcəri-həmra.

Mələkmənzər, pəri-peykər, süxəngüstər, vəfapərvər,
Büti-məhru, güli-xəşbu, sözü şəkkər, gözü şəhla.

Səmənrüxsar, müşkinmu, şəlayin qaməti-dilcu,
Dağıldı əql başımdan, alışdı atəşi-sevda.

Pərişan oldu əhvalım, tükəndi səbrü aramım,
Giriban çak edib durdum yerimdən valehü şeyda.

Məni görcək bu halətdə o sərvi-baği-dilbəndi,
Gəlib yanımda əyləşdi əlində sağəri-mina.

Kərəm qıldı mənə bir cam, alıb mərdanə nuş etdim,
Durub öpdüm ayağından, dedim: ey saniyi-Leyla!

Əgər görmək dilərsən surəti-Məcnuni-şeydanı,
Uzaq gəzmə, tamaşa qıl, budur ol aşiqi-rüsva!

Şikəstəxatirü məhzun, sözü aşüftə, digərgun,
Tutub nəqşi-rəhi-Məcnun, gəzər vəhşi kimi səhra.

Nəbati, həmd qıl Allahə, min şükrü səna eylə
Ki, Məcnunun məqamatın sənə ruzi edib mövla.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR