Slimfit
  1. ƏDƏBİYYAT

Əbülqasim Nəbati - Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda

Əbülqasim Nəbati - Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda
Sakura

Əbülqasim Nəbati - Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda

Nə olmuş, bilmirəm, yarəb, hanı bir bülbüli-şeyda
Ki, salsın bu gülüstanə genə bir şurişü qovğa.

Tutubdur qəm mətaım aləmi, amma nə hasil kim,
Tapılmaz bir nəfər adəm ki, çalsın bircə pul sövda.

Məni bir muy ilə zəncirə çəkmiş bir pəri təl’ət,
Dəhanı qönçeyi-xəndan, buxaqi lö’lövü lala.

Biyabani-cünunu ləşkəri-eşqim tutub hər yan,
Bu taci-səltənətdən əl götürrəm bir də mən haşa!

Fəna mülkün tutub, seyr eylərəm iqlimi-təcridi,
Dəlilim zikri-”əlhafiz”, rəfiqim hümməti-mövla.

Nə olsun, bundan artıq lütfi-həqq bir bəndəyə, şamil,
Ənisin şahidi-qüdsi, məqamın sayeyi-Tuba.

Nədən məst eyləməz, bilməm, məni bu badeyi-gülgun
Ki, mədhuş eyləyib çoxdan məni bir gözləri şəhla.

Libası-fəqrdən bəsdir mənə bu xirqeyi-pəşmin,
Təni-üryanimə uymaz mənim bu ətləsi diba.

Edib mülki-Qəradaği mənim bu təb’i-sərşarım,
Qəradağ əhlinə bir bağrı dağlı laleyi-həmra.

Götür bir baş məzarından, dur, ey Məcnuni-biçarə,
Gözün aç , bir tamaşa qıl, budur gör sən deyən Leyla?

Əcəb tutdun, Nəbati, barəkallah, eşq damanın,
Yeri , gözlə, itirmə bu yolu, çək hay-hu ilqa!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR