Slimfit
  1. ƏDƏBİYYAT

Əbülqasim Nəbati - Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir

Əbülqasim Nəbati - Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir
Sakura

Əbülqasim Nəbati - Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir

Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədir, 
Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir? 
Od tutub canım sərasər yandı, amma bilmədim:
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir? 
Bilmədim ömrümdə hərgiz küfrü iman hansıdır, 
Əhmədü Məhmud kimdir, Musiyü İsa nədir? 
Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim, 
Xaliqi-ərzü səma ol fərdi bihəmta nədir? 
Sədri-eyvani-cəlalət, şəm-i-bəzmi-kainat, 
Afıtabi-ərşi-izzət-”lafəta illa” nədir?
Türrəhatı qoy kənarə, rəqsə gəl divanə var,
Gəl, xərabet içrə gör bu şurişü qövğa nedir? 
Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman,
Şişə ver, peymanə ver, sağər nedir, səhba nədir?
Dur, gözün quıbaniyam, məstane gel, rindanə ver,
Çox demə Cəmşiddən, İskəndərü Dara nedir?
Lövhəşəllah, kimdi bilməm eşq divanm yazan,
Aşiqü məşuq kimdir, Vamiqü Əzra nədir?
Şahidi-xelvetnişinim etdi ruxsann eyan,
Aşiqi-divanə, gəl gör zahirü ixfa nədir.
Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR