Dərc edildi: Baxış sayı: 844
Əbülqasım Firdovsi - Ayın yaranması haqqında
Qaranlıq gecəyə Ay olar çıraq,
Çalış pis əməldən uzaq gəz,uzaq.
Otuz gün fəzada gəzib,dövr edər,
Gecə zülmətində Yerə nur səpər.
O gah incələr,görsənər sapsarı,
Sanarsan bir aşiqdir,itmiş yarı.
Elə incələr ki,görünməz gözə,
Gecə seyrini saxlayar gündüzə.
Ayın hər gecə başqa bir həddi var,
O vaxt nuru artar ki,Ay bədr olar,
İki həftə artar,olar o bütün,
Solar,incələr sonralar günbəgün..
Bu təkrarı qismət edib həqq ona,
Ötər əsrlər,dərdi yetməz sona.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət