Dərc edildi: Baxış sayı: 596
Əbülhəsən Vaqif - Ey qönçədəhan, sən kimi qönçədəhən olmaz
Ey qönçədəhan, sən kimi qönçədəhən olmaz,
Gülşəndə üzüntək gülü bərgü səmən olmaz.
Sordum nə qədər sirri-dəhanın ürəfadan,
Böylə dedi: get-get belə rəmzi bilən olmaz.
Çin-çin eləyib tökmə üzə zülfi, xətadır,
Dil yarəsinə məlhəm ol müşki-Xütən olmaz.
Ey sərvqədim, gülşəni-hüsnün gül açıbdır,
Gülzari-behişt içrə bü sərvü çəmən olmaz.
Sındırdı könül şişəsini nərgisi-məstin,
Eşq içrə könül, sən kimi peymanşikən olmaz.
Təlx etmə mənə badəni ey zahidi-nadan,
Vaqif kimi hərgiz dəxi şirinsüxən olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət