Dərc edildi: Baxış sayı: 631
Əbülhəsən Vaqif - Bülbülasa qönçə dövrində könül, xar istərəm
Bülbülasa qönçə dövrində könül, xar istərəm,
Pasibandır, yar ətrafında əğyar istərəm.
Ey mənim qönçə dəhanım aç, göftara gəl,
Yoxmudur səndə ağız? Var isə göftar istərəm.
Vey qəddi sərvrəvanım, dür, qiyamət zahir et,
Sərvdə bir meyvə yoxdur, səndə bərvar istərəm.
Göz yaşımla sularam ey sərv, ayağın rüzü şəb,
Baği-sinəndən bu şərt ilə iki nar istərəm.
Könlümün mülkün xərab etdi fərağın ləşkəri,
Bu xarabı qılmağa abad memar istərəm.
Yusifasa çəksə gər bazari-ədlə nəzmimi,
Cövhəri-əşarıma Vaqif, xəridar istərəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət