Dərc edildi: Baxış sayı: 713
Əbülhəsən Vaqif - Bir ömrdür fəraqə giriftarəm, ağlaram
Bir ömrdür fəraqə giriftarəm, ağlaram,
Hicar evində talibi-didarəm, ağlaram.
Hərçənd ağlamaq eyləməz çarə dərdimə,
Nə çarə eyləyim? Yenə naçarəm, ağlaram.
Rahat yatarlar xalq tamamən bu şəhrdə,
Mən sübh olunca hər gecə bidar, ağlaram.
Ey Yusifi-zəmanə Züleyxayi-eşq kim,
Hüsni, cəmalə çünki xəridarəm, ağlaram.
Bıganə hər nə növi baxarsa gülər mənə,
Yoxsa mən hər bəlayə səzavarəm, ağlaram,
Təni-rəqiblərdən olubdur könlüm qara,
Əğyarlarla həmdəm olub, xarəm, ağlaram.
Hər dəm düşür o nərgisi-məstin xəyalıma,
Xumarlıqda gör necə hüşyaram, ağlaram.
İzzətlə qoymuşam üzümü asitanma,
Vaqif, səbəb budur ki, günahkaram, ağlaram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət