Slimfit
  1. ƏDƏBİYYAT

Əbülhəsən Raci - Özvai-çərx sanma ki, biixtilaf olur

Əbülhəsən Raci - Özvai-çərx sanma ki, biixtilaf olur
Sakura

Əbülhəsən Raci - Özvai-çərx sanma ki, biixtilaf olur

Övzai-çәrx sanma ki, biixtilaf olur,
Cuyi-zәmanә gah bulanır, gah saf olur.
 
Vermәzlә gah Yusifi Misrin bәhasına
Gәh pirәzal әlindә bәhası kәlaf olur.
 
Eşq әhlinә bir özgә әziyyәt rәva deyil,
Tәni-rәqibü cövri-zәmanә kәfaf olur.
 
Mәşuqә aşiqin bilü razi-nihanını
Bu rişteyi-mәhәbbәt ona telqraf olur.
 
Kәşf eylәrәm bu eşq ilә hüsnün mәtalibin,
Amma yazanda xamә bu sirri şikaf olur.
 
Tövәmdi[1] rәncü rahәt, müdğәmdi eyşü qәm,
Vәslü fәraq, şadiyü matәm müzaf olur.
   
Hәr şeyi öz yerindәdi bu karxanәnin,
Dәxlü tәsәrrüf eylәsә hәr kim, xilaf olur.
 
Hәr kimsә öz mәqamını alәmdә seyr edәr,
Әnqayә Qaf, cüğdә[2] xәrabә mütaf[3] olur.
   
Ustad hәr kәsin qәdinә bir qәba biçib,
Var bir qәba ki, özgә qәbayә sicaf olur.
 
Olmaz yüz il fәğanә gәlә zar, әndәlib,
Pәşşә nә qәdr tiz uça, simürği-Qaf olur.
 
Bәs, hәr kәs anlasın gәrәk öz qürbü qәdrini,
Rubәh nә növi şirә hәrifi-mәsaf olur.
 
Amma olubdu çoxlara bu әmr müştәbeh,
Culfalıq etmәmiş külәhduz kәlaf olur.
 
Raci, fünuni-şerdә gәrçi vәhidsәn,
Dәm vurma çox ki, baisi-lafü kәzaf olur.
 

Qeydlər

  1.  Tövәm--әkiz doğulan uşaq.
  2.  Cüğd--bayquş.
  3.  Mütaf--tәvaf olunmuş mәhәl.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR