Slimfit
  1. ƏDƏBİYYAT

Əbülhəsən Raci - Belə əhd eyləmişəm, ey bacı, cananım ilən

Əbülhəsən Raci - Belə əhd eyləmişəm, ey bacı, cananım ilən
Sakura

Əbülhəsən Raci - Belə əhd eyləmişəm, ey bacı, cananım ilən

Belә әhd eylәmişәm, ey bacı, cananım ilәn,
Әrseyi-Kәrbübәladә boyanım qanım ilәn.
 
Çünki bu cami-әcәldә şәkәrü şәhdim var,
Bu sәbәbdәn susuz ölmәkliyә çox cәhdim var,
Alәmi-zәrrdә canan ilә bir әhdim var,
Varam öz eylәdiyim әhd ilә, peymanım ilәn.
 
Bacı, әhdim budu bu çöldә gәrәk qanә batam,
Qanımı Әkbәrimin qanına şövq ilә qatam,
Can verib tәşnә, gәrәk isti qum üstündә yatam,
Cismi-mәcruhim ilә, sineyi-suzanım ilәn.
 
Qan içindә elәyim hәqq ilә bir razü niyaz,
Budur әhdim ki, quram burda gәrәk mәclisi-raz,
Can verәn vәqtdә meydanda qılam, bacı, namaz,
Dәstәmazım ola bu şәrt ilә öz qanım ilәn.
 
Düşdü İbrahim әgәr şövqi-hәvayi-eşqә,
Etmәdi tab, vәli dәrdü bәlayi-eşqә,
Bircә qurban ilә gәldi o, Minayi-eşqә,
Gәlmişәm mәn bura yetmiş iki qurbanım ilәn.
 
Çәkmәrәm dәm, dәmi-şәmşirdә, şәmşir nәdir,
Xәncәrü tiğ nәdir, nizә nәdir, tir nәdir,
Mәclisi-vәslә qәdәm qoymağa tәxir nәdir,
Mәn bu bәzmә gedirәm başım ilә, canım ilәn.
 
Zövrәqi-cismimә var lücceyi-xun içrә nicat,
Tәşneyi-eşqә verir suzi-әtәş abi-hәyat,
İçmәrәm gәr tuta dünya üzünü abi-Fәrat,
Bәzmi-vәslә gedirәm bu lәbi-әtşanım ilәn.
 
Hәq yolunda susuz ölmәk demә zәhmәtdi mәnә,
Gözümә ox dәyә gәr, eyni-mәhәbbәtdi mәnә,
Alәmi-eşqdә hәr zәhmәti rahәtdi mәnә,
Dözәrәm yüz belә zәhmәtlәrә bir canım ilәn.
 
Çәkmәrәm minnәt әdudәn, çәkәrәm bu әtәşi,
Bacı, eşq alәminin çoxdu belә keşmәkeşi,
Sәni bazarә çәkәrlәr çü әsiri-hәbәşi,
Şami-şum içrә әyali-şәhi-mәrdanım ilәn.
 
Әhli-Kufә yetirir zülmünü itmamә, bacı,
Bәdәnimdә dәxi qoymazla qala camә, bacı,
Nizәlәrdә apararlar başımı Şamә, bacı,
Bәdәnim yerdә qalar peykәri-üryanım ilәn.
 
Şamdә mәclisi-işrәt qurular, söz demәrәm,
Kuçәvu bamdә sәf-sәf duralar, söz demәrәm,
Xeyzüran çubu nә qәdri vuralar, söz demәrәm,
Bәzmi-әğyardә mәn bu lәbü dәndanım ilәn.
 
Zeynәb әrz eylәdi:--Qardaş, bilirәm ruzi-cәza
Sәn ilә hәşrә gәlir başlar әlindә şühәda,
Üsәranı başıma cәm edәrәm mәn dә, әxa,
Gәlәrәm mәhşәrә bu zülfi-pәrişanım ilәn.
 
Ümmәtә cümlә şәfaәt edәrәm mәn sәn ilә,
Kәrbәladә bulaşan qanına pirahәn ilә,
Şimri-dunun yaxasından tutaram şivәn ilә,
İstәrәm qanını bu çaki-gәribanım ilәn.
 
Ya hüseyn, hövli-qiyamәtdә yetiş imdadә,
Raciyәm, bircә ümidim sәnә var üqbadә,
Ağlaram, olsa hәyatım nә qәdәr dünyadә,
Gecә-gündüz sәnә bu dideyi-giryanım ilәn.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR