Slimfit
  1. ƏDƏBİYYAT

Əbülhəsən Raci - Aləm niyə bəs olmadi viran, Əli Əkbər

Əbülhəsən Raci - Aləm niyə bəs olmadi viran, Əli Əkbər
Sakura

Əbülhəsən Raci - Aləm niyə bəs olmadi viran, Əli Əkbər

Aləm niyə bəs olmadi viran, Əli Əkbər,
Ol gün ki, səni saldılar atdan, Əli Əkbər?

Bu şiələr, ey kaş, cəhənnəmdə yaneydi,
Zülfün nə ki, bircə teli qanə boyaneydi,
Çərxün görum ol gündə bu dövri dolaneydi
Dövri-bərüvi aldılar üdvan, Əli Əkbər.

Bu əqdini bu şiələrün həll edə, müşkil,
Vermüb su, kəsüb təşnə sənün başuvi qatil,
Olsun o sərün su üçün aşiqlərə nisgil,
Verdün sən o zəhmətlə susuz can, Əli Əkbər.

Leyla gecələr sübhə kimi yatmadi rahət,
Sən kimi cəvan bəslədi, ey kani-məlahət,
Axir nə rəvadur qala didaruna həsrət,
Düşmən eliyə qanuva qəltan, Əli Əkbər.

Məşhurdu hərçənd qəmü möhnəti-Yusif,
Kor eylədi Yəqub gözin firqəti-Yusif,
Əmma ona bir vəqtə yetüb həzrəti Yusif,
Kim, olmuş idi Misrdə sultan, Əli Əkbər.

Tapdi səni bir vəqtə o Yəqubi-Mədinə,
Yıxmışdıla rəna qədüvi ruyi-zəminə,
İstərdi kəsə başuvi ol ləşkəri-kinə,
Dutmuşdi sənün gözlərüvi qan, Əli Əkbər.

Gördi ki, kəsər başuvi ol taifeyi-gəbr,
Mümkün degü bir kimsənə bu zülmə edə səbr,
Doldurdi baban gözlərini əşk ilə çün əbr,
Səbr eylədi bir Şahi-şəhidan, Əli Əkbər.

Qurbani görülmüb kəsə bir kimsənə ətşan,
Əmma sənə rəhm etmədi bu ləşkəri-üdvan,
Axir səni meydanda susuz kəsdilə qurban,
Bu canimiz olsun sənə qurban, Əli Əkbər.

Sinən dəmi-şəmşir ilə peykanə verübsən,
Canü dil ilə canuvi cananə verübsən,
Başun bu rahi-eşqdə mərdanə verübsən,
Ey nuri-düçeşmi-Şəhi-mərdan Əli Əkbər.

Ol gün ki, çıxub xeymədən əflakə fəğanlar,
Meydanda töküldi yerə nahəq yerə qanlar,
Hardeydi o gün, mən sənə qurban, bu cavanlar,
Məcmui oleydi sənə qurban, Əli Əkbər.

Bu zəxmi-dil oldı anova zəxmi-cəbinün,
Göylündə qalub həsrəti Leylayi-həzinün,
Səndən sora kül başinə dünyayi-dəninün,
Sənsiz necə dövr etdi bu dövran, Əli Əkbər?

Şümrin görüm aləmdə şədid olsun əzabi,
Aya nolu peyğəmbərə məhşərdə cəvabi?
Ol gün ki, qurar ədl ilə divani-hesabi,
Etsün bu barədə divan, Əli Əkbər.

Çavuş səda çəkdi, çıxub qafiləyi-qəm,
Olmadi bu il Racinün övzai fərahəm,
Qismət ola qəbrimdə deyə növbə dəmadəm,
Hüzzar olallar çaki-giriban, Əli Əkbər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR