Slimfit
  1. SİYASƏT

Əbülfəs Qarayevlə Elçin Quliyevə cinayət işi açıldı

Əbülfəs Qarayevlə Elçin Quliyevə cinayət işi açıldı
Sakura

Əbülfəs Qarayevlə Elçin Quliyevə cinayət işi açıldı

Azərbaycanın iki məşhur şəxsinin – Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin “vurulmasının” şok detalları üzə çıxıb.

Ens.az Gununsesi.org-a istinadən xəbər verir ki, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üşün Azərbaycan hökumətinə sorğu verib.

Məsələ ilə bağlı  Britaniyanın  “Evening Standard” qəzeti araşdırma aparıb. Qəzetin yazdığına görə, hazırda  məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.

Eyni məzmunlu araşdırma DSX  rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.

Görünür, hər iki şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.

Gununsesi.org-un araşdırması zamanı isə bəlli olub ki, Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR