Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək.
Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul avqustun 31-də, saat 10ºº-da rayonun Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) olacaq.
Görüşdə Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.
Vətəndaşların nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazılmaları mümkündür.
Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin müvafiq rayonların Mədəniyyət şöbələrinə müraciət edə bilərlər.
Mənbə: REPORT.AZ
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət