Slimfit
  1. MEDİA

Əbülfəs Qarayev: “Radara da düşmüşəm, cərimə də ödəmişəm”

Əbülfəs Qarayev: “Radara da düşmüşəm, cərimə də ödəmişəm”
Sakura

Əbülfəs Qarayev: “Radara da düşmüşəm, cərimə də ödəmişəm”

Mədəniyyət naziri  “Atam ovçu idi, mən də onun tüfəngini evimdə saxlamışam, hərdən ova gedirəm”

Mədəniyyət naziri Əbülfəs Qarayevlə müsahibənin ikinci hissəsini təqdim edirik. 

- Cənab nazir, icazənizlə, tərcümeyi-halınızla bağlı söhbəti davam etdirək. 1980-1991-ci illərdə Sov. İKP üzvü olmusunuz. Kommunist Partiyası biletindən nə zaman imtina etdiniz? Bugünlərdə sabiq deputat Rafael Cəbrayılov dedi ki, partiya biletini hələ də saxlayır. Sizin necə, partbiletiniz qalır, yoxsa 20 Yanvar qırğınından sonra yandırdınız?

- Əgər sizə maraqlıdırsa, deyə bilərəm ki, Bakıda yanvar hadisələri baş verərkən mən Moskvada, İctimai Elmlər Akademiyasında təhsil alırdım və aspirant qismində öz elmi işimi davam etdirirdim. Hadisələrdən sonra sözsüz ki, Moskvadakı bütün etiraz aksiyalarında -  yəqin bu gün müxtəlif siyasət adamlarının da yadına düşər - mən də o vaxt gənc olaraq həmkarlarımla birlikdə çox fəal iştirak etmişik. Hətta Heydər Əliyev səfirlikdə olduğu zaman mən o zalda idim. Həmin gündən etibarən orada oxuyan tələbələrin fikri belə oldu ki, biz Azərbaycana qayıdaq, lakin bizi qaytarmadılar. Çünki təhsil üçün vəsait ödənilmişdi. Bizi qayıtmağa qoymadılar, dedilər ki, əks təqdirdə, nə iş verəcəyik, nə də yer, heç olmasa bu kursu qurtarın! Vəziyyət elə alındı ki, Sov.İKP nəzdində olan həmin ali məktəb sonradan Rusiya İdarəetmə Akademiyasına çevrildi və mən oranı bitirmişəm. O vaxtdan etibarən kommunist biletinin nə olması mənim yadımda deyil.   

- Əbülfəs müəllim, səhv etmirəmsə, 38 yaşınızda nazir postunda təmsil olunmusunuz...

- 37 yaşımda.

- Hətta 37! Kifayət qədər gənc yaşda. İnşallah, 63 yaşınız  noyabrda tamam olacaq. Əvvəlcədən Sizi təbrik edirəm!

- Çox sağ olun! İnşallah!

- Heç qəlbinizdən keçirmi kaş sadə, heç kəsin tanımadığı vətəndaş olaydım, istədiyim zaman, istədiyim ünvanda, adamlar arasında sərbəst dolaşaydım, daha indiki kimi, baxışlar altında deyil? Belə hisslər keçirirsinizmi?

0e21e46a8c021548b39f89f6aa45a254a89e62de4bbcf0dc110e5840e02c31a7.jpg (117 KB)

- Kim tanıyır, salam verir, kimsə xahişlə yaxınlaşır. Amma mən özümü cəmiyyətdə çox sərbəst hiss edirəm. Mən maşın da sürürəm, uşaqlarla, dostlarımla, yoldaşımla küçəyə də çıxıram.

- Demək, avtomobili özünüz idarə edirsiniz?

 - Bəli, şənbə-bazar günləri maşını özüm sürürəm.

- Heç radara düşdüyünüz olubmu?

- Olub. Radara da düşmüşəm, cərimə də ödəmişəm.

- Sirr deyilsə, nə qədər?

- Bir il çox verdim, növbəti illər az...

- Maraqlıdır, nazir səlahiyyətinizdən istifadə edib borcu sildirmək istəmədiniz?

“Şənbə-bazar günləri maşını özüm sürürəm”

- Yox. Mən hesab edirəm ki, hər kəs qanun qarşısında bərabər səviyyədə məsuliyyət daşımalıdır. İlin axırında mənim büdcəmə kifayət qədər zərbə vuran bir cərimə oldu. Bu, bir neçə il əvvəl olub. Ondan sonra mən özümü yığışdırmışam. Şükür Allaha ki, qəzalar olmayıb.

- Avtomobil qəzaları ölkəmizin əsas problemlərindəndir. 1988-ci ildən sonra baş verən avtoqəzalarda Qarabağ müharibəsindən çox itki vermişik. Sizcə, qəzaları necə minimuma endirmək olar?

- O da məni narahat edir. Mən, ümumiyyətlə, hamını qarşılıqlı şəkildə mədəniyyət nümayiş etdirməyə çağırıram! Söhbət hansısa qayda pozuntusundan getmir. Söhbət ondan gedir ki, sən hərəkətə mane olmayasan, digər maşınların hərəkəti üçün narahatlıq yaratmayasan. Hesab edirəm ki, hamımız buna riayət etməliyik.

10759af09a5b5b1056766b65f1e01dedbd3fbc7551a9bf5ae92c2263954d5cc6.jpg (114 KB)

- Burada da mədəniyyət, eləmi?

 - Bəli. Mədəni davranış, mədəniyyət bu gün təkcə hansısa yaradıcılıqla əlaqələndirilməməlidir. Mənim anlamımda mədəniyyət daha geniş məfhumdur və mədəni davranış, mədəni münasibət, mədəni həyat tərzi, bunlar hamısı ayrılmaz hissələrdir.

- Əbülfəs müəllim, böyük bir nəslin nümayəndəsi olmaq sizinçün nə deməkdir? Bu amil nə zamansa köməyinizə çatıbmı? Tutaq ki, irəli çəkilməyinizdə, digər məsələlərdə...

- Mən fəxr edirəm ki, bu nəslin nümayəndəsiyəm. Düşünürəm ki, Azərbaycan xalqının qarşısında bu nəslin gördüyü işlər kifayət qədər təqdirəlayiqdir. Mənim irəli çəkilməyimdə bu faktorların rolu olsa da - yəqin ki, haradasa məlumatlar var idi - amma sonrakı fəaliyyətimdə nə mənim əmim - tanınmış bəstəkar, nə mənim babam - tanınmış həkim, nə mənim atam - hamısı rəhmətlikdir. Kimsə gəlib mənim xahişimi etməyib, yaxud kimsə gəlib mənim hansısa günahımın silinməsini kimdənsə istəməzdi. Bu, mənim həyatımdır. Mən 19 yaşımda atamı itirmişəm. Ona görə də bu, yalnız məsuliyyətdir. Hesab edirəm ki, mənim bu kökə aid olmağım həm mənim, həm də mənim ailə üzvlərimin üzərinə yalnız və yalnız məsuliyyət qoyur.

- Çoxsaylı mədəni tədbirlərdə iştirak edən Əbülfəs müəllimin özünün hobbisi nədir? Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

- (Gülür) Asudə vaxtım olanda çalışıram ki, heç olmasa dostlarımla, yaxınlarımla keçirim. Mən səyahətləri xoşlayıram. Siz soruşdunuz ki, harada istirahət edirsiniz? Mənim səyahətimin əsas məqsədi hansısa ölkələrin tanımadığım yerlərinə getmək, onların tarixi, mədəniyyəti, yaşayış üslubu ilə tanış olmaq, qidalarını dadmaq olur, bu, normaldır. Amma əslində mənim hobbim... Bir az idmanla məşğulam, hərdən ova gedirəm. Kitabları mütaliə edirəm. Məsələn, mən kitaba daha çox üstünlük verirəm, nəinki televiziyada kinolara baxmağa. Televiziyaya daha az baxıram, nəinki kitab oxuyuram. Çünki mənim istirahətim, asudə vaxtım daha çox mütaliə ilə bağlı olur.

bb4c99f63a2b854b3b3357d1a9dd7744815bfd2a8aaf8ed437feff7c047e2ce4.jpg (111 KB)

“Hərdən nəsə lazım olanda dükana gedirəm, amma mənim balaca bir təsərrüfatım var”

 

- Daha çox nə ovlayırsınız?

- Quş ovuna. Bu nəsillikcə keçib, atam da ovçu idi, mən də onun tüfəngini evimdə saxlamışam, ona görə də hərdən ova gedirəm.          

- Kitabdan söz düşmüşkən, bugünlərdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Hansı qənaətə gəldiniz, bizim toplum kitab oxuyurmu?

- Olduqca sevindim və bunu etiraf etməliyəm. 3 gün müddətində mən sözün əsl mənasında Azərbaycan əhalisinin arasında kitaba qayıdışı gördüm. Nə qədər adam gəldi, gənclər, tələbələr. Hətta tədbirlər keçirilən zaman o ərazidən keçmək çətin idi. Mən düşündüm ki, bu, birinci gün belə olar. Sonrakı günlər özüm getməmişdim, amma mənə dedilər ki, ikinci, üçüncü günlərdə də adam əlindən tərpənmək mümkün deyildi. Bu, olduqca müsbət faktordur. Hesab edirəm ki, dünya prosesləri istər-istəməz Azərbaycanda da öz əksini tapmaqdadır. Ümumiyyətlə, indiki müşahidələr onu deyir ki, dünyada insanlar elektron daşıyıclarda kitab oxumaqdan daha az istifadə edirlər. Məsələn, böyük şirkətlər o cihazları istehsal edirdilər. Artıq bu istehsalı azaldıblar. Çünki insanın kitabla təması olmalıdır. Kağız vərəqin qoxusu, səsi, ona toxunma hissi... Bunlar hamısı başqa bir hissdir. Təbiidir, çünki kitab yeni bir aləmə qapıdır, sən ora daxil olursan, kitabla yaşayırsan. Sən onu hər yerə özünlə apara bilərsən. Bundan əlavə, informasiya məkanında kitabın daha davamlı, daha stabil bir axın hissləri verən anlayışı olmalıdır. Ona görə kitabı oxuyanda daha maraqlı anları yaşayırsan. Bu, bir dünya prosesidir. Ona görə də cənab prezidentin bizə verdiyi tapşırıqların sırasında mədəniyyət sahəsində islahatların aparılması var və bu, olduqca vacib məsələdir. Çünki kitabxananın özünün də yeni formatını düşünməliyik. Yəni orada həm müasir, texnoloji avadanlıq da olmalıdır, ora müasir informasiya mərkəzi kimi qəbul olunmalıdır, eyni zamanda kitabın nəbzi, ruhu, mühiti orada mütləq yeni bir formatda təqdim olunmalıdır, bu, kifayət qədər ağır məsələdir. Bəlkə də biz onun haqqında ciddi düşünmürük. Bizim islahatlar da çox rahat getmir. Nə qədər təkliflər, formatlar, düşüncələr var. Bu, prosesdir. Siz nazirliyin funksiyaları, yorulmaq məsələlərini soruşdunuz. Belə çağırışları görəndə istər-istəməz sən onlara doğru getməlisən, yeni fikirləri öyrənməlisən, özün öyrənməlisən. Yəqin ki, bu hisslər bizi gələcəyə aparır.

Ebulfes Qarayev.jpg (99 KB)

- Misir Mərdanov nazir vəzifəsində olarkən bizə müsahibəsində demişdi ki, evə bazarlıq edir, hətta “Yaşıl bazar”a gedir. Siz necə, dükan-bazara gedirsinizmi?

- Hərdən nəsə lazım olanda dükana gedirəm. Amma mənim balaca bir təsərrüfatım var. Kürəkənim kənd təsərrüfatı ilə məşğuldur. Ona görə də hərdən o gətirir.

- Ekoloji təmiz məhsullar.

- Hesab edirəm ki, bu məsələ də olduqca vacibdir.

- Yəqin həyət evində yaşayırsınız?

- Bəli. Mən şəhərdən kənarda yaşayıram.

- Bir sıra hallarda bəzi nazirlərin mülkiyyəti, sərvətləri, villalarından yazılır. Sizin adınıza rast gəlmirik nədənsə...

- Mənim evim var, şəraitimdən razıyam. Bütün ailə orada yaşayır. Vaxtilə rəhmətlik qardaşım da orada yaşayırdı. Bu, ailə həyətidir, şəraitim də yaxşıdır, narazı deyiləm.

- Qarabağ torpaqlarının işğalda qalması vətəndaş olaraq hər birimizi ciddi şəkildə narahat edir. Mədəniyyət naziri Əbülfəs Qarayev əraziləri işğaldan azad etməyin yolunu nədə görür? Fərqli düsturunuz varmı?

c7d636ef62aceb58743d609303ca1a6fe49877bdc0662906453121f52d2a2d74.jpg (114 KB)

- Mən bunu bir neçə dəfə demişəm. Sizin qəzet vasitəsilə buna daha çox diqqət ayırmaq istəyirəm. Bizim torpaqlarımız işğal altındadır. Əfsuslar olsun ki, orada atəşkəs pozulur, bizim zabit və əsgərlərimiz həlak olur. Allah onların hamısına rəhmət eləsin! Allah ordumuzda olan bütün hərbçilərimizi qorusun, onlara güc versin! Ordumuz həmişə güclü olmalıdır. Amma Ermənistan tərəfindən Azərbaycana qarşı gündəlik, hər saatlıq təcavüz dayanmadan mədəniyyətə qarşı təcavüzdür. Bəzən bizim ictimaiyyət bunu duymur, hər hansı sensasion xəbər çıxan kimi, onun ətrafında söz-söhbət və müzakirələr başlanır və daim burada günahkar axtarmaqla məşğuldurlar. Niyə filan qurum cavab vermədi, niyə filankəs bunu demədi? Məgər müharibədə biz deməliyik ki, bizim əvəzimizə kimsə nəsə  deməlidir? Hər bir vətəndaş öz fəaliyyəti çərçivəsində müəyyən addımları ata bilər. İnternetdə belə məlumat olanda niyə sadə vətəndaş götürüb sosial şəbəkədə Azərbaycan mədəniyyətinə qarşı uydurulmuş böhtan və təhqiramiz məsələlərə öz cavabını vermir? Gözləyir ki, nazirlik, mətbuat cavab versin? Hər gün bizim işimizin 60 faizi belə təcavüzlərin qarşısını almaqdan ibarətdir və bunu heç kəsə bildirmirik. Mən bu gün də onun tam həcmini ortalığa qoya bilmərəm. Çünki bu, müəyyən bir daxili prosesləri əks etdirən məsələdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycanın işğal altındakı torpaqlarının azad olunması ilə yanaşı, Azərbaycan mədəniyyətinə qarşı olan təcavüzlə mübarizədə bütün ictimaiyyəti birləşməyə çağırır! Burada kimisə günahlandırmaq yox ki, filankəs pisdir, ona görə cavab vermədim, ümumi, vahid bir yumruqla bunlara cavab vermək lazımdır.

- Cənab nazir, düşmən ölkə vaxtaşırı işğal zonasında Azərbaycana məxsus qeyr-maddi irsimizi mənimsəməyə cəhd göstərir. Bununla bağlı beynəlxalq səviyyədə mübarizə necə aparılır?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR