Slimfit
  1. DÜNYA

Əbu-Dabini ziyarət edənlər arasında çinli turistlər liderdirlər

Əbu-Dabini ziyarət edənlər arasında çinli turistlər liderdirlər
Sakura

Əbu-Dabini ziyarət edənlər arasında çinli turistlər liderdirlər

Bu ilin ilk yeddi ayı ərzində Əbu-Dabiyə gələn ziyarətçilər arasında çinli turistlər çoxluq təşkil edərək siyahıda birinci yerdə qərarlaşıblar. Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin məlumatına görə, həmin dövrdə 242 min 700 qonaq qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, siyahıda ikinci yerdə Hindistan (227 min 300 qonaq və 17,8 faiz artım), üçüncü yerdə Böyük Britaniya (150 min 200 nəfər və 8,5 faiz artım), habelə ABŞ (109 min 100 nəfər, 24,6 faiz artım) gəlir.

Əbu-Dabi mehmanxanalarının ziyarətçilər barədə təqdim etdiyi statistikaya əsasən bu ilin göstəricisi ötənilkini 4,87 milyon nəfər üstələyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR