Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Əbilhəsənov İlqar Yusif oğlu

Əbilhəsənov İlqar Yusif oğlu
Sakura

Əbilhəsənov İlqar Yusif oğlu - "20 Yanvar Şəhidi"

Əbilhəsənov İlqar Yusif oğlu — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar Şəhidi" fəxri adına layiq görülüb.

İlqar Əbilhəsənov, 19 avqust 1967-ci il tarixində Bakıda anadan olub.Ailənin 5 uşağından ən kiçiyi idi. 1984-cü ildə Nəsimi rayonu 42 saylı orta məktəbi bitirib. Həmin məktəb bu gün onun adını daşıyır. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Atası Yusif Əbilhəsənovun Naxçıvanın daxili işlər naziri olması İlqarı da bu yolla getməyə ilhamlandırıb. Hərbi xidmətdən qayıtdıqdan sonra keçmiş Xalq Təsərrüfatı İnstitutu, indiki Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinə daxil olub.Üç il oxuyandan sonra axşam növbəsinə keçib, milis orqanlarında işə düzəlir, oxuya-oxuya işləyir. İki il Oktyabr rayonu polisində serjant kimi fəaliyyət göstərib. V kursda təhsil alan İlqar, növbəsinin bitməyinə lap az qalmış, gecə 24:00 radələrində «Naxçıvan» mehmanxanasının yanında özünəməxsus YU 24—20 nömrəli QAZ-24 maşınından düşərkən avtomatdan atəşə tutulmuş, sonra xəstəxanaya aparılmışdır. Xəstəxanada cərrahiyyə əməliyyatı 5 saat çəkib. 5 saatlıq cərrahiyyə əməliyyatı, əvvəl şam işığında, sonra isə qəzet yandırmaqla aparılmışdır. İlqar Əbilhəsənov, yanvarın 22-də səhər saat 11-də əbədiyyətə qovuşub. Nişanlı idi. Şəhidlər Xiyabanında dəfn olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR