Slimfit
  1. ƏDƏBİYYAT

Əbdürrəhman ağa Dilbaz oğlu - Bir rəvayət söylə, ey dil, çərxi-kəcrəftardən

Əbdürrəhman ağa Dilbaz oğlu - Bir rəvayət söylə, ey dil, çərxi-kəcrəftardən
Sakura

Əbdürrəhman ağa Dilbaz oğlu - Bir rəvayət söylə, ey dil, çərxi-kəcrəftardən

 Bir rəvayət söylə, ey dil, çerxi-kəcreftarden,
Ta əbəd nızi-əzəl bedmehrii bədkırdardən, 
Çerxi-zalim, dehri-dun, sahibxəta, biarden - 
Kim, Yezidin izzetin gör şahi-dilefkaıdən,
Gör Cavad xan macərasm möhneti-məkkardən.

Böyledir dövran, ezəl insane al eyler cahan,
Bir zaman xürrəm qılır, bir dem məlal eyler cahan, 
Şah ola, ister gəda, aşüftehal eyler cahan,
Aqibət bir gün geder himmet, halal eylər cahan, 
Naxudanı qerq edər ol keştiyi-pürbarden.

Hər zaman dövran salıbdır canı canandan cüda,
Adəmi Howadan ayrı, baği-rizvandan cüda,
Xatəmi saldı fələk cahi-Süleymandari ’cüda,
Ah kim, düşdü bu gün dövran Cavad xandan cüda,
Əskik olmaz zari-bülbül, söhbəti-gül xardən.

Şahnamə şərh edən [yox] ol Cavad xan vəsfini,
Mədəni-cudü səxavət, ədli-divan vəsfini,
Bilmiş Əflatun səharin əhli-meydan vəsfini,
Hikməti-Loğmandan artıq dərdo dərinan vəsfini,
Bir müxemmes nəzm ilə inşa qılım əşardən.

Gəncə şəhərində Gavad xan kim, nə əyyam var idi,
Sahibi-lütfü ədalət, sadiqül-iqrar idi,
Her işin felində mahir, aqilü huşyar idi,
Müxtəser, aləmara pürimtəhan sərdar idi,
Gör nələr çekdi qezadən, dövri-bədətvardən.

Düşdü davası əzəldən ol Şəki, Şirvan ilə,
Ibrahim xan ittifaq oldu ol Ümmə xan ilə,
Gə dı leşkər üstünə ol cümlə Dağıstan ilə,
Onlar ıle qıldı dava sərbeser meydan ilə,
Çə edən hərgiz zərər bir fitneyi-əğyardən.

Bır də ondan sonra geldi valiyi-Baqratyan,
XT 1 tamamən ləşkər ta vadiyan,
Neçe ıller qıld1 dava, çekmədi ondan ziyan, 
a ı oç ü çün fənadan, etdi tərk axır cahan, 
or nə sa ir oldu Gurgin xanJ kimi eğyardən?!

Ol Hüseynqulu ağa kim, geldi xanm yanına, 
Layiq idi hər hünərlər şövkətine, şanına,
İstədi qanın qata ol dəmdə xanın qanına, 
Qoymadı xan göndərib, bir qeyri bürc meydanına, 
Yəni, onun vəhşətin mən görməyim didardən.

Qələsin sandı Cavad xan ol zaman viranədən,
Çox çalışdı ta ölüncə dərdinə dərmanədən, 
Feyzi-həqdən ta yetincə rəhməti-qüftanədən, 
Çıxdı ruhu ol bədəndən, rövzeyi-rizvanədən,
Ey xoşa, buldu şəhadət vahidül-qəhhardən.

Həm Hüseynqulu ağa buldu şəhadət novcəvan, 
Xəlq ara bu cümlə möhnətdən yaman oldu yaman, 
Anası ahlar çəkib, şaxsey deyib eylər fəğan,
Üz tutub ol bargahə əlvida eylər äman:
Binəva düşdüm cüda fərzəndi-gülruxsardən.

Gəncəli xalqı şəhadət qıldı həqqa canfəda,
Kimi məzlum, kimi azadə qalıb əndərbəla,
Hər biri bir növ ilə yüz dərdə oldu mübtəla, 
Yadına gəlməz məğər mözlumi-dəşti-Kərbəla,
Ey utanmaz çərxi-zalim Əhmədi-Muxtärdən?

Min iki yüz daxi on səkkizdə tarixi-zaman - 
Kim, şəhid oldu Cavad xan, çıxdı əzdari-cahan, 
Çox pərişan oldu halı Gəncənin həddən yaman, 
Gəl yetiş imdadə, ya həq, Mehdiyi-sahibzəman, 
İnciməzmi xatirin bu dərdü ahü zardən?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR