Dərc edildi: Baxış sayı: 3906
Əbdülxalıq Yusif - Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,
Bir damdır ki, aləm olub payibənd ona.
Çeşmin ki, ehtiyat eləyir çeşmi-zəxm üçün,
Ol çöhrə bənzər atəşə, xalın sipənd ona.
Ayinə tək camalına həsrətdir ayinə,
Baxsan, hər ayinə olur ayinəbənd ona.
Zahid ki, bilməyir nədi sevdayi-zülfü xal,
Sevdayi-xalü zülf nə gəlir sudmənd ona.
Dünyaya vəzü pənd edər, amma düzünə heç
Təsiri yoxdu, kargər olmaz ki, pənd ona.
Yusif ki, asitaneyi-dildara baş qoyub,
Yetməz məqami-rütbədə çərxi-bülənd ona.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət