Dərc edildi: Baxış sayı: 3636
Əbdülxalıq Yusif - Tapmışam könlümü mən, türreyi-cananda imiş
Tapmışam könlümü mən, türreyi-cananda imiş,
Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Nəzər et zülfü-ruxi-yarə ki, bir cənnətdir,
Laləvü sünbülü reyhan bu gülüstanda imiş.
Nitq şirinliyi ancaq o şəkər ləbdə əyan,
Kəbk rəfları tək ol sərvü xuramanda imiş.
Vədeyi-vəsl hara, söhbəti-hicran demə kim,
Ləzzəti sübhi-visalın şəbi hicranda imiş.
Yox imiş hiç tərəfdə sifəti-elmü kamal,
Ədəbü elmü kamal aləmi ürfanda imiş.
Gördüm ol mah liqa hüsıüni, fəhm etdim kim
Şövkətü şənü şərəf-cümləsı insanda imiş.
Surəyi-Yusifə get diqqət ilə eylə nəzər,
Yusifa, eşqü məhəbbət sözü Quranda imiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət