Slimfit
  1. ƏDƏBİYYAT

Əbdülxalıq Yusif - Ey güli-tər, məni xar eyləmədinmi? Elədin

Əbdülxalıq Yusif - Ey güli-tər, məni xar eyləmədinmi? Elədin
Sakura

Əbdülxalıq Yusif - Ey güli-tər, məni xar eyləmədinmi? Elədin

Ey güli-tər, məni xar eyləmədinmi? Elədin.
Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin.

Salmadınmı yüzünə zülfl-siyahı? Saldın.
Günümü çün şəbi-tar eyləmədinmi? Elədin.

Almadınmı dili-sədparəmi əldən? Aldın.
Bir nigahilə şikar eyləmədinmi? Elədin.

Olmadımmı səri-kuyində mücavir?
Oldum məni sən hicrə düçar eyləmədinmi? Elədin.

Nalə bulbül kimi mən eylər ikən gül kimi sən,
Xəndə, ey laləüzar, eyləmədinmi? Elədin.

Tutmadınmı gedib əğyar ilə ülfət? Tutdun.
Məni əğyar ilə yar eyləmədinmi? Elədin.

Dustü biganəni yox, aləmi, ey mahliqa,
Mənə düşmən nə ki, var eyləmədinmi? Elədin.

Demədinmi ki, nigahımla səni qətl edərəm?
Mən ilə böylə qərar eyləmədinmi? Elədin.

Yusifi, ey guli-xoşbuyi-məhəbbət, hər dəm
Gülşəni-eşqə həzar eyləmədinmi? Elədin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR