Dərc edildi: Baxış sayı: 816
Əbdülmömin xan - Əbdülmömin xanın I Abbasa məktubu
Padşahların arasında ya sülh olur, ya da cəng. Biz bunun hər ikisinə hazırıq. Əgər o həzrət sülhə razıdırsa, qoy Xorasanı bizə verib İraqa getsin, qədim vaxtlarda İraq və Azərbaycan padşahı Həsən padşah Türkmanla (Uzun Həsən) Bəlx və Xorasan padşahı Sultan Hüseyn Mirzə arasındakı sülh qayda-qanununa əməl etsin. Yox, əgər hərb etmək istərsə, tez gəlsin, çünki fəth və qələbə Allah-taalanın istəyi ilədir və ləşkərin[1] azlığı və çoxluğunun buna dəxli yoxdur.
Qeydlər
- ↑ Ləşkər ərəb sözüdür, ordu və yaxud qoşun mənasındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət