Slimfit
  1. CƏMİYYƏT

E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır

E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
Sakura
:0

E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır

Beynəlxalq internet saytları üzrə istifadə statistikalarını təqdim edən alexa.com saytının (ABŞ, San-Fransisko) məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı 6-cı yerdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, portal ölkəmizdə ən çox müraciət olunan google.com,  youtube.com, google.az, wikipedia.org və mail.ru kimi populyar saytlardan sonra ziyarətçi və baxış sayına görə 6-cı yeri tutub.  

E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir. 

Qeyd edək ki, alexa.com-un təqdim etdiyi siyahıdakı ilk onluqda sonrakı yerləri my.gov.az, e-gov.az, facebook.com və oxu.az saytları tutur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR