Dərc edildi: Baxış sayı: 289
E-Polis tətbiqi istifadəyə verildi: nələri yoxlamaq olar?
Daxili İşlər Nazirliyinin E-Polis mobil tətbiqi istifadəyə verilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,tətbiq vasitəsilə məhkumluq, nəqliyyat vasitəsinin zədələnməsi, axtarışda olması və yüklü olması, icbari sığorta və vətəndaşın olduğu yer üzrə arayışlar üçün müraciətlər etmək və onları rəqəmsal formada əldə etmək mümkündür. Eyni zamanda tətbiq vasitəsilə vətəndaşlar ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığını da yoxlaya bilərlər.
Tətbiqi artıq "Pley stor" və "Əp stor" vasitəsilə mobil telefonlara yükləmək mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət