“E-əmək birjası” platforması yaradılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Elektron əmək birjası” platforması yaradılır.
Ens.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən xəbərə görə, mobil tətbiq və veb əsaslı portaldan ibarət olacaq platforma “Əmək münasibətləri və məşğulluq” altsistemi, digər dövlət qurumlarının informasiya sistemləri və işədüzəltmə vasitəçiliyi ilə məşğul olan e-platformalar ilə qarşılıqlı əlaqədə işləyəcək.
İşsiz, işaxtaran şəxslər və müxtəlif növ işlərin görülməsi üçün sifarişlər vermək istəyən şəxslər bu platformada qeydiyyatdan keçəcəklər.
Onlar burada özlərinə dair zəruri məlumatları, göstərdikləri xidmətləri və ya hansı işlərin görülməsi üçün işçiyə tələbatlarının olduğunu qeyd edəcəklər.
İşsiz və işaxtaran şəxslər platformada “Vakansiya bankı” ilə də tanış ola və bu vakansiyalar üzrə müraciət edə biləcəklər. Əmək birjası platformasının yaradılmasında əsas məqsəd məşğulluq imkanlarının artırılması, mövsümi və müvəqqəti işlərin görülməsi üçün işçi axtaran şəxslərlə işsiz və işaxtaranlar arasında əlaqə yaratmaq, həmçinin qeyri-formal məşğulluğun qarşısını almaqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət