Dərc edildi: Baxış sayı: 314
DYP üçün yeni avtomobillər alındı
Sosial şəbəkələrdə Dövlət Yol Polisinə aid yeni avtomobillərin fotoları yayılıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, "Volvo S90" modelli yeni avtomobillər artıq xidməti maşın kimi istismara qəbul edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli sorğumuza cavab olaraq yeni avtomobillərin alınmasını təsdiq edib: “DYP-nin istifadəsində olan bir sıra modellərlə yanaşı, hazırda sözügedən modelə aid avtomobil də xidməti istifadəyə verilib”.
Qeyd edək ki, BMW markasından sonra patrul avtomobilləri "Mercedes" markasına qismən keçid etmişdi. Həmçinin "Hyundai" və KİA-nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət