Slimfit
  1. GÜNDƏM

DYP-nin "plyonka müəmması": həm "cərimələnməyəcək" deyir, həm cərimə yazır

DYP-nin "plyonka müəmması": həm "cərimələnməyəcək" deyir, həm cərimə yazır
Sakura

Sürücülər arasında çaşqınlıq yaranıb

Son günlər plyonka ilə bağlı yayılan məsələ sürücüləri çaş-baş salıb. DYP-dən verilən iki başlı açıqlamalar həm Avtosfer.az saytında, həm də digər saytlarda dərc olunub. Belə ki, mayın 28-də Bakı Şəhər DYP idarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a məlumat verərək bildirmişdi ki, avtomobillərin arxa yan şüşələrinə (sürücünün kürəyindən arxada qalan şüşələrə) plyonka vurulmasına görə heç kim cərimələnməyəcək. Bu başlıqla yazı dərc olunduqdan sonra bir çox sürücü avtomobilinin arxa yan şüşələrinə plyonka vurmağa başladı. Bundan sonra Vaqif Əsədov digər saytlara məlumat verərək bildirib ki, avtomobillərə plyonka vurmaq qadağandır. Yayılan səs yazılarında da deyir ki, "Plyonka bir mənalı qadağandır və kimlərsə şayiə çıxarıb. Qanun yox deyirsə polis hə deyə bilməz".

Beləliklə də sürücülər arasında çaşqınlıq yaranıb.

Vaqif Əsədovun "sürücülər cərimələnməyəcək" sözü isə boşa çıxdı. Avtosfer.az-a verilən məlumata görə artıq Bakıda və regionlarda, avtomobillərə vurulan plyonkaya görə sürücülər 150 manat cərimə olunmağa başlayıb.

Odur ki, sürücülərə tövsiyə edirik vurduqları plyonkaları söksünlər və "sürücülər cərimələnməyəcək" sözünə inanmasınlar.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR