Slimfit
  1. AZƏRBAYCAN

DYP əməkdaşları niyə sürücülərlə kobud danışır? - Ekspert rəyi

DYP əməkdaşları niyə sürücülərlə kobud danışır? - Ekspert rəyi
Sakura

DYP əməkdaşları niyə sürücülərlə kobud danışır? - Ekspert rəyi

Problemimiz doğrudan da kiçik çavuş heyəti ilə bağlıdır. Onlar, etik davranış qaydalarının nə olduğunu tam dərk etmirlər

Son illər müxtəlif dövlət strukturlarında islahatlar həyata keçirilir. Bu islahatların əsas hədəflərindən biri də strukturların mobilləşdirilməsidir. Bu mobilləşmə zəminində SSRİ-dən qalan idarəçilik qurumları yeni dövrün tələblərinə uyğun qurulur. Ancaq Azərbaycanda fəaliyyətində vətəndaşlar tərəfindən daimi narazılıqlar olan bir qurum var ki, bu da Dövlət Yol Polisidir.

Belə müşahidə olunur ki, DYP əməkdaşları sanki orta təbəqənin təmsilçiləri olan maşın sahiblərinə qarşıdırlar. Sadə vətəndaşların sözlərinə görə, DYP-nin əsas vəzifəsi yol hərəkətinin təşkilinə nəzarət etmək əvəzinə, protokol yazmağa meyl göstərməkdir.

Xüsusilə, kiçik çavuş heyəti vətəndaşlarla çox sərt danışır, kobud davranır və araşdırmadan birbaşa qərar qəbul edir. Belə ki, sürücülər etiraz etdikdə DYP tərəfindən həmin məsələyə baxılmır və ya adətən, DYP-nin xeyrinə qərar çıxarılır.

Belə olan halda bir sual yaranır. DYP-ni yenidən formalaşdırmaq olarmı?

Məsələ ilə bağlı ekspert Elməddin Muradlı AzNews.az-a fikirlərini bildirib:

Image result for elməddin muradlı

“Söhbət DYP-nin yenidən formalaşdırılmasından gedirsə, bu, çox çətin və real görünməyən bir məsələdir. Çünki DYP illərdir oturuşmuş bir strukturdur və bunu bir günün işində ləğv edib yenidən formalaşdırmaq qeyri-mümkündür. Bunun üçün illərlə vaxta ehtiyac var.

Məsələn, nəqliyyat nazirliyi yarandı, özünü doğrultmadı və ləğv etdilər. DYP bir hüquqi mühafizə sistemidir. Bu qurum Azərbaycan polisi yaranandan ayrıca bir bölmə kimi fəaliyyət göstərir və dünyanın hər yerində də belə xidmət var. Qurumda müəyyən nöqsanların olması fikri isə düzdür. Bu, özünü bəzi şəxslərlə münasibətdə göstərir.

O problemlər nədən ibarətdir? Kobud münasibət və davranış, etik qaydaların pozulması. Heç kim deyə bilməz ki, bu, hallar baş vermir? Təsəvvür edin, yol polisinin etik davranış qaydalarını pozması ilə bağlı görün nə qədər şikayətlər var idi ki, keçən il daxili işlər naziri yol polisi üçün etik davranış ili elan etdi.

Bu il çərçivəsində mən bildiyim qədəri ilə bir çox addımlar atıldı, tədbirlər görüldü, sərt şəkildə cəzalanan əməkdaşlar oldu. Ötən illərə nisbətən göstəricilər yaxşı idi. Bizim ilin əvvəli bu haqda bir müzakirəmiz də olub. Amma buna baxmayaraq nöqsanlar yenə də qalır. Bəli, yenə də səbrsiz, özünü normal təqdim etməyən, bəlkə də edə bilməyən polis əməkdaşları var. Maşın saxlayan kimi qayda pozuntusunu izah etmədən birbaşa sənəd tələb edir, maşını cərimə meydançasına aparmaq istəyir, filankəsin əmri var, maşın duracağa getməlidir, deyib addımlar atır. Hansı ki, bizim qanunvericilikdə elə bir şey yoxdu ki, kiminsə kimdənsə xoşu gəlmir, göstəriş verir ki, maşın cərimə meydançasına getməlidir və əməkdaş da heç bir qayda pozuntusu izah etmədən kiminsə göstərişidir, deyib hərəkət edə bilməz.

Bu, Bakı ilə yanaşı, respublikanın digər bölgələrində də baş verir və bunu bizə yazıb göndərirlər. Biz bunu özümüzdən demirik, bunu bizə, Daxili İşlər Nazirliyinə, DYP-nin elektron ünvanına da yazıb göndərirlər. Bütün bunlar gündəlik baş verən hallardır. Bunlarla mübarizə aparmaq üçün müəyyən bir mexanizm yaradılmalıdır.

Etik davranış məsələsi o qədər həssas bir məsələyə çevrilib ki, keçən il dekabrın 27-də prezidentin imzaladığı “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı” 5 illik dövlət proqramında da istər yol polisi əməkdaşının, istər nəqliyyat sahəsinə aid olan digər əməkdaşların işə qəbul olunarkən və iş prosesində etik davranış qaydalarına riayət edilməlidir.

Bu, artıq ölkə başçısını da narahat edir və o dövlət proqramında qeyd edilir ki, etik davranış məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Əməkdaşları işə götürərkən və iş prosesində onlara nəzarət etmək lazımdır. Yol polisi ilə bağlı bir proqram qəbul etmək lazımdır. Ay ərzində və ya rübdə bir dəfə onlara etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməlidir. Ən əsası yol polisinin normal iş rejimi bərpa olunanda biz bu problemlərin də həll olunacağını görəcəyik. Çünki onlar çox gərgin bir iş rejimində işləyir. 3 növbəli iş rejimi yoxdur. Hər bir əməkdaş 8 saat işləsə, mənə elə gəlir ki, bu əsəb, bu gərginlik də olmaz. Belə məsələlər var. Bu məsələlərə bir kompleks yanaşma olmalıdır və bu dövlət proqramının icrası ilə bağlı müəyyən dəyişiklikləri də görəcəyik.

Bəzən görürük ki, reqistratoru olan sürücülər günahı oldu, olmadı polis saxlamır, buraxır. Belə çıxır ki, bütün sürücülər maşına reqistrator qoymalıdır. Əslində bu, yaxşı haldır. Bəzən bir neqativ hal, real nəqliyyat hadisəsi baş verərsə, həmin sürücünün videoreqistratoru onun köməyinə gələ bilər.

Ümumi baxanda DYP-ni ləğv etmək və ya yenidən formalaşdırmaq real bir şey deyil, həmçinin mən də bunun tərəfdarı deyiləm. Çünki bu gün bizim yollarımızda “at oynadan” sürücülər çoxdur və onların qarşısında yol polisi dayanıb. Kənardan görünsə ki, onların çoxu “harınlamış məmur” uşaqlarıdır, xeyr. Tam səmimi deyirəm, Sədərəkdə paltar satan adam da gecə şəhərdə sərxoş halda maşın sürərək qaydaları pozur. Dəfələrlə mən bunun şahidi olmuşam. “Rusiyadan gəlmişəm, istirahət edirəm”. Avtoxuliqanlıq edir. O, bunu Rusiyada edə bilməz, Onu rus polisi tutsa, ciddi cəzalandıracaq. Bizim polis bunu etmir.

Yəni sözüm odur ki, belə adamların qabağında yol polisi dayanmasa, çox sayda hadisələr baş verər. Bunlara qarşı kobud olan polisin bir az da tərəfdarıyam. Elə sürücüyə elə də polis lazımdır”.

Səidə Vahid

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR