Slimfit
  1. AZƏRBAYCAN

DYP Bakıda yük daşıması ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

DYP Bakıda yük daşıması ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib
Sakura

DYP Bakıda yük daşıması ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

 DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sahibləri və sürücülərinə müraciət edib.

Report”un xəbərinə görə, müraciətdə xatırladılıb ki, paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunub: “Maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin Bakı şəhərinin ətrafında yerləşən kənd və qəsəbələrə, eləcə də paytaxtda tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən ticarət obyektlərinə günün istənilən vaxtı gediş-gəliş üçün bir neçə marşrut müəyyənləşdirilmiş və cari il noyabr ayının 15-dən sonra həmin marşrutlardan kənara çıxaraq qaydaları pozan sürücülər haqqında elektron qərarların qəbul ediləcəyi barədə məlumat verilib..

Bununla əlaqədar məhdudiyyətin tətbiq edildiyi müddət ərzində paytaxta daxil olan maksimum kütləsi 5 tondan artıq olmayan yük avtəmobilləri sahiblərindən və sürücülərindən xahiş olunur ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimum kütlə göstəricisinin olub-olmamasına bir daha diqqət yetirsinlər, belə gösrəricilərin qeyd edilmədiyi təqdirdə yük avtomobillərinin girişini qadağan edən vaxt məhdudiyyəti tətbiq edilmiş yol nişanlarının təsir zonasına daxil olarkən inzibati məsuliyyətə cəlb edilməmələri üçün həmin avtomobilin daimi qeydiyyatda olduğu ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan bölümlərinə müraciət etsinlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR