Slimfit
  1. GÜNDƏM

DYP: Avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçmək lazımdır

DYP: Avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçmək lazımdır
Sakura

DYP: Avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçmək lazımdır

DİN Baş Dövlət Yol Polisi İdarəsi piyadavurma hadisələrinin sayının artmasından narahatdır.

"Report"un xəbərinə görə, idarənin bununla bağlı açıqlamasında qeyd olunub ki, müşahidələr son günlər vətəndaşların avtomobil yolunu piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməsi hallarının artdığını göstərir:

“Vətəndaşlarımıza bir daha xatırladırıq ki, yolun hərəkət hissəsini yalnız yeraltı və yerüstü keçidlərdən və yaxud piyadalar üçün nəzərdə tutulmuş yerərdən keçmək lazımdır. Bununla yanaşı piyadalar yolu keçərkən mütləq şəkildə sağa-sola baxmalı, qış mövsümü ilə əlaqədar havanın tez qaralmasını nəzərə alaraq günün qaranlıq vaxtı üzələrində işıqqaytarıcı elementlər olan geyimlərdən istifadə etməlidirlər. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, yolu mobil telefonla danışaraq keçmək, qulaqlıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə yolverilməzdir. Avtomobilin tam dayandığına əmin olduqdan sonra yolu keçmək lazımdır. Eyni zamanda sürücülərə müraciət edirik ki, piyada keçidlərini keçərkən diqqətli olsunlar, tələsməsinlər, piyada keçidində olan piyadaların yolu sərbəst keçmələrinə şərait yaratsınlar. Bundan əlavə, işıq cihazlarından düzgün istifadə etməyi, yolda sürət həddinə riayət edərək, xüsusilə də günün qaranlıq vaxtlarında və yağmurlu hava şəraitində avtmobili minimum sürət həddi ilə idarə etməyi tövsiyə edirik”.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkət iştirakçılarını “Yeni il” bayramı münasibəti ilə bir daha təbrik edir, onlara təhlükəsiz yol arzulayır: "Hər bir hərəkət iştirakçısı unutmamalıdır ki, ailə üzvləri onun yolunu gözləyirlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR