Slimfit
  1. MEDİA

DVC ilə GİKM arasında əməkdaşlıq memorandumu imzalanıb

DVC ilə GİKM arasında əməkdaşlıq memorandumu imzalanıb
Sakura

DVC ilə GİKM arasında əməkdaşlıq memorandumu imzalanıb

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) ilə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

İmzalanma mərasimində GİKM-in baş direktoru Rəvanə Həşimova ilə DVC-nin sədri Ülviyyə Axundova iştirak edib.

Memorandumun məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi,  debat vasitəsilə araşdırma, arqumentləşdirmə və əsaslandırma bacarıqlarının artırılması və müxtəlif fəaliyyətlər ilə gənclərin inkişafının təmin olunmasıdır.

Tərəfdaşlıq çərçivəsində DVC və GİKM arasında birgə proqramlar və layihələr həyata keçiriləcək, DVC-nin aparıcı proqramlarından olan Milli Debat Proqramı və GİKM nümayəndəlikləri arasında inteqrasiya təmin olunacaq.

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) proqramlar çərçivəsində yerli və beynəlxalq qurumlar, təşkilat və şirkətlərlə əməkdaşlıq edir. Milli Debat Proqramı debat vasitəsi ilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin məqsədi isə dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunmasıdır.

Mənsurə Məhərrəmova,

İctimaiyyətlə Əlaqələr üzrə menecer

Tel.: + 994 12 441 16 31

Mob.: + 994 55 817 74 36

Ünvan: 6-cı Böyük Qala döngəsi 11, Bakı, AZ 1000

E-mail: pr@dvc.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR