Dərc edildi: Baxış sayı: 512
Dutertedən ABŞ-a təhdid: Əgər viza verməsəniz...
Filippin Prezidenti Rodriqo Duterte ABŞ qoşunlarının və hərbi texnikasının ölkə ərazisində yerləşdirilməsi razılaşmasını ləğv edə biləcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı CBN televiziyası yayıb. Dutertenin bu təhdidi filippinli senator Ronald dela Rozaya ABŞ vizasının verilməməsi ilə əlaqədar səsləndirdiyi bildirilib.
Duterte ABŞ-a senatorun viza məsələsinə baxılması üçün 1 ay vaxt verdiyini vurğulayıb.
Qeyd edək ki, dela Roza bundan öncə Filippin Polisinin rəhbəri olub. O, həmçinin Dutertenin narkotiklərin yayılmasına qarşı mübarizə kampaniyasının təşəbbüskarıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət