Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Düşündüyünüz qədər zərərsiz deyil: qarpızı pendirlə yesəniz…

Düşündüyünüz qədər zərərsiz deyil: qarpızı pendirlə yesəniz…
Sakura

Düşündüyünüz qədər zərərsiz deyil: qarpızı pendirlə yesəniz…

Qarpız meyvə olaraq sağlam bir atışdırmalıqdır. Ancaq bu dadlı meyvə çox miqdarda meyvə şəkəri ehtiva etdiyi üçün yeyərkən diqqətli olmaq lazımdır. Qarpız vitamin və mineral baxımından zəngin, antioksidan tutumu yüksək giləmeyvədir. C və A vitamini ilə zəngindir. Qəbizliyin qarşısını alır, bol su tərkibi baxımından sellülitin düşmənidir. Çox sevilən təam olan qarpızın xeyrindən faydalanmaq üçün yeyilən miqdarlarına diqqət etmək lazımdır. “Gencaile.az” bu dəfə qarpız-pendir ikilisindən bəhs edəcək.

 

Pendir və pendir növləri günün ən əhəmiyyətli yeməyi olan səhər yeməyinin vacib qidasıdır. Yüksək miqdarda kalsium və fosfor ehtiva edir. Kalsium və fosfor sümük sağlamlığı, sinir və əzələ fəaliyyətləri, böyrək funksiyası üçün lazımlı minerallarla zəngindir. Pendir artıq səhər yeməyi üçün bir vəsait olmaqla yanaşı, ana yeməklərə də daxil olub, eyni zamanda bir çox yemək və içkinin tamamlayıcısı halına gəlib. Bunun ən gözəl nümunəsi qarpız və pendir ikilisidir. Qarpız və pendir ikilisi əsas və ara yemək paylarında yer alır.

 

Əhəmiyyət verilməsi lazım olan məqam “qarpız və pendiri nə qədər və hansı payda yeməkdir?” sualıdır. Bu ikilinin ən zərərsiz forması ara pay alternativi olaraq istifadə etməkdir. Ancaq bu şəkildə ən az kalori alına bilər və artıq çəki almadan qarpızın və pendirin faydaları təmin edilə bilər.

Hansı seçimimizlə neçə kalori alırıq, gəlin hesablayaq:

 

• 1 boşqab meyvə = 2-3 dilim qarpız = 200 qram = 52 kalori

• 1 boşqab pendir = 30 qram tam yağlı pendir = 87 kalori və ya 30 qr yağsız pendir = 30 kalori

 

Ara pay seçimi 1:

– 2-3 dilim qarpız + 30 qr yağsız pendir olarsa, 82 kalori almış olarıq.

 

Ara pay seçimi 2:

– 2-3 dilim qarpız + 30 qr tam yağlı pendir olarsa, 139 kalori almış olarıq.

 

Ana pay seçimi 1:

– 6-8 dilim qarpız + 100 qr yağsız pendir olarsa, 255 kalori almış olarıq.

 

Ana pay seçimi 2:

– 6-8 dilim qarpız + 100 qr tam yağlı pendir olarsa, 445 kalori almış olarıq.

 

Bu hesablamalara görə hansı seçimin daha günahsız olduğuna siz qərar verin.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR