Dərc edildi: Baxış sayı: 752
Penitensiar Xidmət penitensiar müəssisələrdə yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma…
Yeniavaz.com xəbər verir ki, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA -ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bunlar tamamilə yalan məlumatlardır. Penitensiar müəssisələrdə əvvəllər də bildirdiyimiz kimi, kompleks profilaktik-maarifləndirici tədbirlər həyata keçiririk. Bir sözlə, biz müəsissələrdə bütün tədbirləri davam etdiririk”.
Qeyd edək ki, sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində yüzlərlə dustağın kəskin qızdırma, baş ağrısı və ürəkbulanma ilə müşayiət olunan xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərlər yayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət