Slimfit
  1. HƏRB

Düşmən şəkillə koordinatları necə əldə edir?

Düşmən şəkillə koordinatları necə əldə edir?
Sakura

Düşmən şəkillə koordinatları necə əldə edir?

"Düşmənin analitik mərkəzi fəaliyyət göstərir. Bizdə də belə mərkəz var. Biz də sosial şəbəkələrin hamısını izləyirik. Orada hər sahə üzrə mütəxəssislər oturur. Bütün bu məlumatlar nəzərdən keçirilir".

Ens.az BiG.AZ-a istinadən xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, telefon vasitəsilə hərbi təyinatlı çəkilişlər aparılıbsa, onun koordinatlarını öyrənmək çətin məsələ deyil: "Biz bilirik ki, bütün telefonlar izlənilə bilir. Şəkilin çəkildiyi ərazi üzrə telefondan koordinatları götürmək olur. Məlumatlar hamısı toplanaraq düşmənin analitik mərkəzində təhlil olunur. Qısa bir zaman lazımdır ki, həmin koordinatlar atəş vasitəsinə ötürülsün və ora zərbə endirilsin.

Şəkillərlə müəyyən etmək olur ki, görüntülər hansı təpə, hansı yüksəklikdə lentə alınıb. Buna görə, heç kim hərbçilərin şəkil və videolarını paylaşmamalıdır. Çünki belə olan halda hərbçilərimizin həyatı təhlükəyə atılır. Belə hadisələr olub ki, şəkil çəkiləndən sonra həmin əraziyə atəş zərbələri endirilib və orada insan tələfatı olub".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR