Dərc edildi: Baxış sayı: 536
Durov FTX-ya uduzdu: Teleqram şəxsi məlumatları verəcək
Teleqram sosial şəbəkəsi xüsusi xidmət orqanları üçün terrorizmdə şübhəli bilinən şəxslərin məlumatlarını açmağa razılıq verib.
Axar.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkənin məxfilik siyasəti haqqında məlumatlar bölməsində yer alıb. Belə ki, sosial şəbəkə xüsusi xidmət orqanlarına istifadəçilərin İP ünvanları və telefon nömrələrini yalnız məhkəmə qərarı əsasında verəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə Teleqram sosial şəbəkəsinin rəhbəri Pavel Durovdan Rusiya Federal Təhlükəsizlik Xidməti bəzi şəxslərin məlumatlarını istəmişdi. Məlumatları verməyən Durovun FTX ilə münasibətləri gərginləşmiş və nəticədə Teleqram Rusiyada bloklanmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət